Xidmət Şərtləri və Məxfilik Siyasəti

Son yenilənmə: Fevral 2026

Ümumi qeyd

Bu məxfilik siyasəti, ASİMOS tətbiqində şəxsi məlumatların toplanması, saxlanması və istifadəsi prosedurlarını izah edir. ASİMOS tətbiqində məlumatların toplanması yalnız platformanın funksional fəaliyyətinin təmin edilməsi məqsədi daşıyır.
Toplanan məlumatlar elan səhifəsində avtomatik dərc edilmir və yalnız istifadəçinin əvvəlcədən verdiyi açıq razılıq əsasında üçüncü şəxslər üçün əlçatan olur.

1. Ümumi müddəalar

Bu Xidmət Şərtləri (“Şərtlər”) ASİMOS mobil tətbiqindən (“Platforma”, “App”, “biz”) istifadə edən bütün şəxslər üçün məcburidir.
Platformadan istifadə etməklə siz:
  • bu Şərtlərlə tam və qeyd-şərtsiz razılaşırsınız;
  • ən azı 18 yaşınızın olduğunu təsdiqləyirsiniz;
  • təqdim etdiyiniz məlumatların doğru, aktual və sizə aid olduğunu qəbul edirsiniz.
İstifadəçi platformadan yalnız öz razılığı və öz riski ilə istifadə etdiyini qəbul edir. Əgər bu Şərtlərlə razı deyilsinizsə, Platformadan istifadə etməməlisiniz.
Bu Razılaşma ictimai ofertadır və istifadəçi tərəfindən “təsdiqləmə” bölməsi işarələndiyi andan hüquqi qüvvəyə minir.

2. Platformanın mahiyyəti

ASİMOS işəgötürənlərlə işaxtaranlar arasında əlaqənin qurulması, iş elanlarının yerləşdirilməsi və müraciətlərin qəbul edilməsi üçün yaradılmış rəqəmsal platformadır.
ASİMOS:
  • işəgötürən və işaxtaran arasında bağlanan razılaşmaların tərəfi deyil;
  • əmək münasibətlərinə nəzarət və müdaxilə etmir;
  • işin icrasına, maaşa, iş saatına və şəraitinə zəmanət vermir;
  • işədüzəltmə xidməti kimi fəaliyyət göstərmir;
  • tərəflər arasında yaranan mübahisələrə görə məsuliyyət daşımır.

3. İstifadəçi növləri

İş axtaran
  • Elan yerləşdirə bilməz;
  • Profil yarada və elanlara müraciət edə bilər;
  • Yerləşdirdiyi şəxsi məlumatların doğruluğuna görə tam məsuliyyət daşıyır.
İşəgötürən
  • İş elanı yerləşdirə bilər;
  • Elan və əlaqə məlumatlarının doğruluğuna görə tam məsuliyyət daşıyır.

4. Qeydiyyat və hesab təhlükəsizliyi

İstifadəçi:
  • yalnız özünə aid, düzgün və tam məlumat təqdim etməlidir;
  • saxta, yanlış və ya üçüncü şəxsə aid məlumat paylaşmamalıdır;
  • hesabının təhlükəsizliyinə (parol, giriş) görə özü məsuliyyət daşıyır.
ASİMOS platformanın fəaliyyətinə xələl gətirə biləcək hesabları təhlükəsizlik məqsədilə müvəqqəti və ya daimi bloklaya bilər.

5. Elanlar və profillər

İşəgötürən elanda paylaşdığı məlumatların doğruluğuna görə tam məsuliyyət daşıyır. İşaxtaran profilində təqdim etdiyi məlumatların düzgünlüyünə görə özü cavabdehdir.
ASİMOS istifadəçilər tərəfindən yerləşdirilən məlumatları yoxlamır, onların doğruluğuna zəmanət vermir və bu məlumatlara görə məsuliyyət daşımır.
Platforma istənilən elanı və ya profili uyğunsuz hərəkət aşkar etdikdə səbəb göstərmədən silə və ya bloklaya bilər.

6. Qadağan olunmuş fəaliyyətlər

Platformada aşağıdakı hərəkətlər qadağandır:
  • saxta elan və profillər yaratmaq;
  • başqasını təqlid etmək;
  • başqa birinin məlumatlarını bölüşmək;
  • qanunsuz iş təklifləri;
  • ayrı-seçkilik, təhqir, böhtan;
  • spam və reklam məqsədli fəaliyyət;
  • istifadəçilərin məlumatlarını icazəsiz toplamaq və paylaşmaq;
  • platformadan kənar işədüzəltmə xidmətləri kimi istifadə etmək;
  • platformanın texniki təhlükəsizliyinə müdaxilə cəhdləri.

7. Ödənişlər

Vacib qeyd:
  • ASİMOS platformasında bütün xidmətlər tam ödənişsizdir;
  • heç bir halda ödəniş, komissiya və ya xidmət haqqı tələb edilmir;
  • Platforma maliyyə münasibətlərində iştirak etmir.

8. Məsuliyyətin məhdudlaşdırılması

8.1. Platformanın vasitəçi statusu
ASİMOS yalnız istifadəçiləri əlaqələndirən texnoloji vasitədir və işə qəbul prosesi, əmək münasibətləri, maaş ödənişləri, iş şəraiti, iş saatları və mübahisələrə görə hüquqi və maliyyə məsuliyyəti daşımır.
8.2. İstifadəçilər arasında əlaqə
ASİMOS istifadəçilər arasında ünsiyyət, görüş, danışıqlar və razılaşmalara görə məsuliyyət daşımır. Müraciət zamanı irəli sürülən şəxsi maliyyə tələbləri platformanın nəzarətindən kənardır.
Platforma yalnız tərəflərin əlaqə məlumatını təqdim edir və nəticəyə, razılaşmalara, ödəniş proseslərinə qarışmır. İstifadəçilər öz təhlükəsizliklərinə özləri cavabdehdirlər.

9. Məxfilik siyasəti

9.1. Məlumatların toplanması
Qeydiyyat zamanı toplana bilən məlumatlar:
  • Ad, e-poçt, telefon nömrəsi, iş təcrübəsi.
  • İşəgötürənlər üçün: şirkət adı, əlaqə məlumatları, elan detalları.
9.2. Məlumatların istifadəsi
Məlumatlar yalnız:
  • işəgötürənlə işaxtaranın əlaqələndirilməsi;
  • platformanın texniki işinin düzgün işləməsinin təmin edilməsi
məqsədləri üçün istifadə olunur.
9.3. Məlumatların paylaşılması
  • Məlumatlar üçüncü tərəflərə satılmır;
  • yalnız istifadəçinin razılığı ilə paylaşılır;
  • qanuni tələb olduqda dövlət orqanlarına təqdim edilə bilər.

10. İstifadəçi hüquqları

İstifadəçi:
  • öz məlumatlarına baxa;
  • düzəliş edə;
  • silinməsini tələb edə;
  • verdiyi razılığı geri götürə bilər.

11. Yaş məhdudiyyəti

Platforma 18 yaşdan kiçik şəxslər üçün nəzərdə tutulmayıb və bu kateqoriyaya aid məlumatlar ümumiyyətlə toplanmır.

12. Dəyişikliklər

ASİMOS bu Şərtləri istənilən vaxt yeniləmək hüququnu saxlayır. Yenilənmiş versiya tətbiqdə dərc edildiyi andan qüvvəyə minir.

13. Qanunvericilik və mübahisələr

Bu Şərtlər Azərbaycan Respublikasının qanunvericiliyinə əsaslanır. Mübahisələr ilkin olaraq danışıqlar yolu ilə, mümkün olmadıqda məhkəmə qaydasında həll edilir.

14. Texniki fasilələr və fors-major hallar

ASİMOS texniki nasazlıqlar, server problemləri, internet kəsintiləri, proqram yeniləmələri və ya nəzarətimizdən kənar səbəblər nəticəsində platformanın müvəqqəti işləməməsinə görə məsuliyyət daşımır.

15. Əlaqə